Bələdiyyə sədri istefa verəcək

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçək istefa verəcəyi tarixi açıqlayıb.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Gökçək özünün “Tvitter” səhifəsində bu barədə bildirib.

O, prezident Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü və oktyabrın 28-də istefa verəcəyini qeyd edib: “İnşallah şənbə günü Ankara Böyükşəhər bələdiyyə məclisinin növbədənkənar iclasını çağırıb, məclis üzvü olan yoldaşlarımla vidalaşıb istefa verəcəm”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə