Gürcüstanda seçki keçirilir

Gürcüstanda səhər saat 8-dən etibarən yerli idarəetmə orqanlarına seçkilərlə bağlı səsvermə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Gürcüstan vətəndaşları

Gürcüstan seçiciləri 64 bələdiyyəyə (sakrebulo) üzv və 64 icra başçısı seçəcəklər. Ölkədə ümumilikdə 3300-dən çox seçki məntəqəsi səhər saat 8-dən açıq elan edilib.

Seçkilərdə iştirak etmək üçün 22 siyasi partiya, 5 seçki bloku və bir təşəbbüs qrupu qeydiyyatdan keçib. 64 bələdiyyəyə (sakrebulo) 2 mindən çox üzv seçiləcək. Səsvermədə 3,4 milyon insan səsvermək hüququna malikdir. Səsvermədə iştirak edənlər 3 bülleten əldə etməklə yerli idarəetmə orqanına istədikləri namizədi seçə biləcəklər.

Rayon icra başçıları vəzifəsinə 369 namizəd, Tbilisi meri vəzifəsinə isə 13 namizəd mübarizə aparır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə