Suriyanın xarici işlər naziri Vəlid Müəllim İsraillə aparılacaq yeni dolaylı müzakirələrin Türkiyənin vasitəçiliyində olmasının və qaldığı yerdən davam etməsinin vacibliyini vurğulayıb.
SİA-nın məlumatına görə, Müəllim Lazkiyədə jurnalistlərə verdiyi açıqlamada "Türklərin oynadığı rolun etibarlı olduğu təsdiqləndi. Bu səbəbdən dolaylı müzakirələr bir türkün vasitəsilə keçirilməlidir" deyib.
Nazir götsəriləcək bütün başqa səylərin Türkiyənin oynayacağı rolu tamamlayıcı xarakter daşıyacağını və ikinci dərəcəli olacağını vurğulayıb.
Qeyd edək ki, Suriya danışıqlar stoluna oturmaq üçün İsrail əsgərlərinin 1967-ci ildə işğal etdiyi Golan təpələrindən tamamən çəkilməsi şərtini irəli sürür
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB