İŞİD-ə məxsus iki təlim düşərgəsi məhv edilib

İŞİD-ə məxsus iki təlim düşərgəsi məhv edilib

ABŞ Müdafiə departamenti Yəməndə hava hücumu nəticəsində İŞİD-ə məxsus iki təlim düşərgəsinin məhv edildiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Departamentinin yaydığı məlumatda deyilir. Bildirilir ki, oktyabrın 16-da edilən aviazərbə nəticəsində onlarla terrorçu ölüb.

Terror təşkilatı düşərgədə yeni üzvlərə təlim keçirirmiş.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə