Əfqanıstanda terrorçu “Taliban” hərəkatı silahlıları polis idarəsinə hücum ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Paktiya əyalətinin Qardez şəhərinin Polis İdarəsinə edilən hücum nəticəsində 15 nəfər öldürülüb, 40 nəfər yaralanıb.
Məlumata görə, Qardez şəhəri Polis İdarəsinin yaxınlığında terrorçuların idarə etdikləri minalanmış iki avtomobil partladılıb. Bundan sonra silahlılar polis idarəsinin binasına girməyə cəhd göstəriblər. Lakin onların hücumunun qarşısı alınıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB