İŞİD iki kəndi ələ keçirib

İŞİD terror qruplaşmasının silahlıları Kərkük şəhərindən şimal-qərbdə yerləşən iki kəndi - əl-Milh və ət-Tuveyliğanı ələ keçiriblər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ələ keçirilmiş kəndlər Kərkük şəhərini kürd muxtariyyətinin paytaxtı Ərbillə birləşdirən yolda yerləşir.

İraq ordusu hələ ki məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə