“CNN”: “Şərtlər danışıqların davam etdirilməsi üçün əlverişli deyil”
Misirin xarici işlər naziri Əhməd Əbülqeyt dünən ABŞ-ın Orta Şərq üzrə xüsusi nümayəndəsini Corc Mitçelli ilə görüşdükdən sonra İsrail-Fələstin sülh danışıqlarının mövcud şərtlərdə davam etdirilə bilməyəcəyini bildirib. SİA-nın "CNN"ə istinadən verdiyi məlumata görə, Misir xarici siyasət idarəsinin başçısı İsrailin Qərb Şeriada inşaat işlərinin dayandırılmasının lazım olduğunu qeyd edib.
Ə.Ebülqeyt Fələstinin birbaşa danışıqların davam etməsi üçün irəli sürdüyü şərtlərin etibarlı olmadığını deyib. Mitçell isə hər zamankı sözlərini təkrarlayaraq İsrail-Fələstin sülhü üçün yeganə yolun birbaşa danışıqlar olduğunu, ancaq bu yolda bir çox maneələrlə qarşılaşacaqlarını söyləyib.
İnşaat işlərinin dayandırılmasını rədd edən İsrailin baş naziri Benyamin Netanyahu isə Fələstinin bu tələbi bir kənara qoyaraq danışıqları davam etməsini istəyib. İki gün bundan əvvəl açıqlama verən Netanyahu İsrailin Fələstinə bir çox jest etdiyini və keçmişdə də inşaat işlərinin davam etməsinə baxmayaraq birbaşa danışıqlara hazır olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB