Kaliforniyada “Hepatit A” virusu yayılıb

Kaliforniyada “Hepatit A” virusu yayılıb

Kaliforniya ştatının Los-Anceles, San-Dieqo və Santa Kruz şəhərlərində “Hepatit A” virusunun yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Türkiyə KİV-ləri xəbər verir ki, ştatda virusa qarşı 81 min peyvənd paylanılıb, təhlükə riskinin daha böyük olduğu San-Dieqoda küçələrin təmizləyici vasitələrlə yuyulmasına başlanıb. “Hepatit A” virusu ötən il bu şəhərdə 16 nəfərin ölümünə səbəb olmuşdu.

San-Dieqoda indiyədək 19 min nəfərin virusa qarşı peyvənd olunduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə