ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, çıxışında növbəti dəfə İranı terroru maliyyələşdirilməkdə ittiham edən Tramp rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu iddia edib.
"Ağ Ev razılaşmadakı nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq", - deyə o bildirib.
O, terrorun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə İrana qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB