İran kəşfiyyatçıları bir neçə nüvə casusunu tutub

İran kəşfiyyatçıları bir neçə nüvə casusunu tutub

İranda bir neçə nüvə casusu həbs olunub. SİA-nın rus mətbuatına itinadən verdiyi xəbərə görə, İranın Kəşfiyyat Nazirliyi bir neçə nüvə casusunun həbs olunduğunu bildirib. İran dövlət televiziyası kəşfiyyat naziri Heydər Moslehiyə istinadən xəbər verib ki, həbslər İran kompyuter şəbəkəsini sıradan çıxaran virusla mübarizə səyləri çərçivəsində edilib.

 

H.Moslehi deyib ki, İranın düşmənləri ölkənin nüvə fəaliyyətinə maneə yaratmaq üçün elektron vasitələrdən hücumlar həyata keçirir. Lakin o, casusluqda şübhəli bilinənlər haqda və hücumların kibernetika hücumları ilə əlaqəsinə dair məlumat verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə