AŞPA-nın yeni prezidentini seçmək üçün səsvermənin 3-cü turu keçiriləcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə seçkilərin ikinci mərhələsində də namizədlərin heç biri tələb olunan mütləq səs çoxluğunu toplaya bilməyib. Trend təşkilatın saytına istinadən xəbər verir ki, AŞPA-nın Strasburqda keçirilən parlament sessiyası çərçivəsində keçirilən səsvermədə Stella Kiriakides 121, Emanuelis Zinqeris 69 səs toplayıb.
Bu gün səsvermənin üçüncü turu keçiriləcək. Sabahkı mərhələ axırıncı olacaq. Bu mərhələdə sadə səs çoxluğu qazanan namizəd təşkilatın prezidenti seçiləcək. Pedro Aqramunt oktyabrın 6-da AŞPA prezidenti vəzifəsindən istefa verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB