Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ukraynaya səfər edib. Xəbər verilir ki, Ərdoğan Ukrayna yüksək səviyyəli strateji şuranın altıncı iclasında iştirak edəcək. Prezidentin təyyarəsi Kiyevin "Borispil" hava limanında enib.
Ərdoğanı hava limanında XİN rəhbərinin müavini Olena Zerkan, Ukraynanın Ankara səfiri Andrey Subiha, Ukrayna XİN-inin rəsmisi Olqa Çubrikova, Kiyev bələdiyyə sədrinin müavini və digər rəsmi şəxslər qarşılayıb. Ərdoğanı səfər boyu Türkiyənin bəzi nazirləri müşayət edəcək.
Səfər çərçivəsində Ərdoğan Ukrayna prezidenti ilə də görüş keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB