Səudiyyə kralı: "Putinə dedim ki, İran..."

"Əlaqələrimizin inkişaf etdirilməsində, daha geniş əməkdaşlıq barəsində qərarlı olduğumuzu bildirdik."

Axar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Rusiya lideri Vladimir Putinlə keçirdiyi görüş barəsində danışarkən deyib. O bildirib ki, görüş zamanı Fələstin münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıldı: “Yaxın Şərqdə sülhün və sabitliyin təmin olunması barədə də danışdıq. Lakin bunun üçün əvvəlcə İranın öz siyasi dəsti xəttinə son verməsi, normal qonşuluq münasibətləri yaratmasının vacibliyini bildirdim”.

Qeyd edək ki, Rusiyada səfərdə olan Səudiyyə kralı Putinlə yanaşı, baş nazir Dmitri Medvedyevlə də görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə