Rusiya Ər-Riyada S-400 zenit raket kompleksi satır

Rusiya Ər-Riyada S-400 zenit raket kompleksi satır

Səudiyyə kralı Salman bin Əbdüləzizlə Rusiya lideri Vladimir Putin arasında S-400 zenit raket kompleksinin alışı ilə bağlı razılaşma əldə olunub. Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” məlumat yayıb.

Bildirilib ki, Ər-Riyad S-400-lə yanaşı, öz müdafiə sistemini də qurmaq üçün texnologiyalar idxal edəcək.

Qeyd edək ki, dünən axşam baş tutan görüşdə tərəflər arasında ortaq investisiya ilə bağlı 1 milyard dollarlıq razılaşma imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə