Benzinin qiyməti bahalaşıb İsraildə

Oktyabrın 1-ə keçən gecə İsraildə benzinin qiyməti bahalaşıb. Bu barədə İsrail mətbuatı yazıb.

Məlumata görə, özəl yanacaqdoldurma məntəqələrində 95 markalı benzinin bir litrinin qiyməti 1 faiz artıb. Bununla da 6 şekel satılan benzinin qiyməti 6,06 şekel olub.

Yalnız ölkənin cənubundakı Eylat şəhərində benzin qiyməti 5,18 şekeldir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...