Putin Dağıstana kimi rəhbər göndərəcək?

Putin Dağıstana kimi rəhbər göndərəcək?

Dağıstan respublikasının rəhbəri vəzifəsinə bir neçə şəxsin, o cümlədən Rusiya Milli Qvardiyasının direktor müavini Sergey Melikov və regionun keçmiş rəhbəri Maqomedsalam Maqomedovun namizədliyi məsələsinə baxılır. Bu barədə "RİA Novosti" agentliyi Rusiya Prezident Administrasiyasında olan etibarlı mənbəyə istinadən informasiya verib.

“Dövlət başçısına bir neçə namizəd təklif olunub, lakin hələ yekun qərar verilməyib. Melikovun güc strukturlarında fəaliyyətinə və Dağıstan kimi bir region üçün vacib olmasına baxmayaraq, onun əsas namizəd olduğunu demək çətindir. Maqomedovun geri qayıtması da tamamilə mümkündür”, - mənbə bildirib.

Qeyd edək ki, Dağıstan rəhbəri 71 yaşlı Ramazan Abdulatipov sentyabrın 27-də istefa verib. O, istefasının səbəbi kimi yaşını göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə