Moskva Vaşinqtona etiraz etdi

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın İran ilə əldə edilən nüvə razılaşması şərtlərini yenidən oxumasını istəyib. Nazirlikdən verilən bəyanatda vurğulanıb ki, Beynəlxalq Atom Enerjisi Qurumunun razılaşmanı yenidən müzakirə etməsinə ehtiyac yoxdur.

“ABŞ-ın nüvə razılaşmasını pozması cəhdləri heç bir halda qəbul edilə bilməz”, deyə Nazirlikdən verilən bəyanatda diqqətə çatdırılıb. Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasimi də ABŞ-ın nüvə razılaşmasını pozmasını cəhdlərini pisləmiş və İranın nüvə reaktorları ilə birgə hərbi təchizatlarının yoxlanılması cəhdlərinin puça çıxacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə