Hindistan ordusunun Kəşmir nəzarət xəttində açdığı atəş nəticəsində biri əsgər olmaqla 3 pakistanlı ölüb, 3 əsgər yaralanıb. Bu barədə Pakistan ordusunun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda Hindistan ordusunun açdığı atəş nəticəsində sərhədin Pakistan tərəfindəki Rah Çikri bölgəsində biri əsgər olmaqla 3 nəfərin həyatını itirdiyi, 3 əsgərin yaralandığı bildirilib. Açıqlamada əsgərlərin vətəndaşları təhlükəli sahədən təxliyə edərkən Hindistan ordusunun atəş açdığı qeyd olunub.
Xatırladaq ki, Hindistan ilə Pakistan arasındakı Kəşmir nəzarət xəttində iki ölkə əsgərləri arasında qarşıdurmalar Kəşmir gərginliyin artdığı 2016-cı ilin sonundan bu yana tez-tez baş verir. İngiltərədən müstəqilliklərini qazandıqları 1947-ci ildən bu yana Hindistan və Pakistan arasında mübahisə mövzusu olan Cammu Kəşmirdə baş verən zorakılıq hadisələrində 70 min adam həyatını itirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB