Rusiyanın "Qazprom" şirkətinin törəməsi olan "Qazprom Neft Middle East"ın rəhbəri Sergey Petrov İraq Kürd Regional İdarəçiliyinin (IKBY) Halepçe neft quyusunu işlənməsi layihəsindən imtina etdiyi barədə açıqlama verib. SİA-nın verdiyi məlumata görə, rus mətbuatına açıqlamasında S.Petrov neft quyularının ərazilərinə terrorçuların basdırdığı minalar səbəbindən daxil olmaqda çətinlik çəkdikləri səbəbindən layihədən imtina etməkdən başqa çıxış yolu qalmadığını vurğulayıb.
SİA-nın xəbərinə görə, Petrov əlavə edib ki, Halepçe bölgəsindəki neft quyularının bir qismi minalanmış ərazilərdə, digər yerlər isə 2 min metr yüksəklikdəki dağlıq ərazilərdir: "Bölgədə infrastruktur yoxdur, üstəlik son qarşıdurmalardan sonra bizə minalanmış ərazilər qalıb. Bütün bunları aradan qaldırmaq üçün külli miqdarda sərmayə lazımdır. Ancaq bunlar yüksək risk tələb edir və şirkətimiz yüksək riskə tələb edən bölgələrdə iş qurmağa hazır deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB