Birinci Dünya müharibəsində silahlar 92 il bundan əvvəl sussa da, müharibə əslində Almaniyanın qarşıdan gələn bazar günü son təzminatı ödəməsi ilə başa çatacaq. SİA-nın Almaniyanın "Telegraph" qəzetinə istinadən verdiyi məlumata görə, ölkənin ödəyəcəyi 59,5 milyon funt sterlinq məbləğindəki müharibə təzminatı Birinci Dünya müharibəsi üçün ödənən son təzminat olacaq.
Almaniya Birinci Dünya müharibəsinin nəticələrini özündə əks etdirən 1919-cu il Versal sülh müqaviləsi ilə təxminən 10 milyon əsgərin həyatını itirdiyi müharibənin xarabazara çevirdiyi Belçika və Fransa başda olmaqla ittifaq ölkələrinə təzminat ödəməyə məhkum edilmişdi. İlk olaraq 226 milyard reyxmark (1924-1948-ci illər arasında Almaniyanın istifadə etdiyi pul vahidi) müəyyən olunan təzminat, sonralar 22 milyard funt sterlinqə bərabər olan 132 milyard reyxmarka endirilmişdi.
Almanların ağır təzminat ödəməyə məhkum edilməsi böyük iqtisadi böhran yaşayan ölkənin alçaldılmasına və milliyyətçi hissin artmasına səbəb olan faktorlardan biri idi. Almaniyanın "Telegraph" qəzeti ödənəcək son təzminatı "bazar günü Birinci Dünya Müharibəsindən qalan son məbləğ ödənəcək və nəhayət Almaniya üçün müharibə bitəcək" şəklində qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB