Qədir Topbaş: "Adam yerinə qoyulmamaq əsla bağışlanmaz"

Qədir Topbaş: "Adam yerinə qoyulmamaq əsla bağışlanmaz"

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Qədir Topbaş vəzifəsindən istefa verib. Axar.az xəbər verir ki, Topbaş istefa xəbərini açıqlarkən “İnsanın adam yerinə qoyulmamasını bağışlamayacağam” deyə bildirib.

“Xəta ilə xəyanət qarışdırılmamalıdır. Bu vəzifəyə həmişə əmanət olaraq baxdım. Borclu bələdiyyə qoyub getmirəm. İnsan hər şeyi bağışlaya bilər, lakin adam yerinə qoyulmamaq əsla bağışlanmaz. Vəzifəmdən istefa verirəm, lakin AKP-də qalıram. Heç kimə incikliyim yoxdur”, - deyə Topbaş bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə