İranda 6.1 bal gücündə zəlzələ baş verib

İranda 6.1 bal gücündə zəlzələ baş verib

Ötən gün İranın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib. SİA-nnı türk mətbuatına istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində bir nəfər həlak olub, yeddi adam isə xəsarət alıb. İran seysmoloqlarının məlumatına görə, yeraltı təkanların episentri paytaxt Tehranın 900 kilometrliyində yerləşən Fars əyalətinin Konar Tahteh yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Təxminən 10 saniyə davam edən yeraltı təkanlardan sonra bir neçə bina qismən zədələnib.

 

Qeyd edək ki, İran dünyanın seysmik cəhətdən ən aktiv on ölkəsindən biri hesab olunur. Belə ki, hər on ildən bir 7 baldan yuxarı gücdə zəlzələ baş verir.

Bütün xəbərlər Facebook səhifəmizdə