Rusiyalı politoloq: "Putinə rəqib olacam"

Rusiyalı politoloq: "Putinə rəqib olacam"

Rusiyalı politoloq Andrey Boqdanov 2018-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək. Axar.az xəbər verir ki, bu barədə politoloq çıxışında deyib.

“Elan etmək istəyirəm ki, mən bu seçkilərdə prezidentiyə namizədliyimi irəli sürəcəm”, - Boqdanov bildirib.

Qeyd edək ki, 2008-ci il prezident seçkilərində Boqdanov 1 faiz səs toplamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə