Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsdə islamın müqəddəs yerlərinə qarşı təxribatların qarşısının alınmasına və Myanma müsəlmanlarına qarşı dözümlü olmağa çağırıb. SİA-nın Anadolu Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda Türkiyə lideri Astanada İslam Əməkdaşlığı Təşkilatının (İƏT) elm və texnologiya üzrə sammitin açılışında çıxış edərkən deyib. Ərdoğan Myanmanın Arakan əyalətində roxinya xalqından olan müsəlmanların qətllərindən danışıb. Onun sözlərinə görə, Türkiyə regionda baş verən humanitar dramın qarşısının alınması məqsədilə Banqladeş və Myanma hakimiyyətləri ilə əməkdaşlıq etməyə hazırdır. Ərdoğan qeyd edib ki, Ankara Myanmadakı qətllər və şiddətdən qaçan müsəlmanların qəbul məsələsində Dəkkəyə dəstək olmağa hazırdır. Türkiyənin dövlət başçısı Fələstində olan vəziyyətdən də danışıb. Onun sözlərinə görə, İƏT ölkələri Əl-Əqsa məscidinə qarşı hörmətsizlik, təhrik və təxribatların istənilən formasının qarşısının alınması ilə bağlı daha qətiyyətli mövqe nümayiş etdirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB