İtaliyada qadınlara gözyaşardıcı qaz balonları paylanacaq

İtaliyada qadınlara gözyaşardıcı qaz balonları paylanacaq

İtaliyanın Piza şəhəri yaxınlığındakı Kaşina qəsəbəsinin meri Suzanna Çekkardi hər bir qadına kiçik gözyaşardıcı qaz balonları verməyi təklif edib. Trend-in məlumatına görə, bunun məqsədi qadınların cinsi zorakılığa qarşı müdafiə olunmasını təmin etməkdir.

Mer balonların alınması üçün vəsaitin ayrılmasını da tapşırıb. Bundan başqa, sentyabrın sonlarında Kaşinada ödənişsiz özünümüdafiə kurslarının açılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə