ŞOK STATİSTİKA: Dünyada hər il 800 min adam intihar edir

ŞOK STATİSTİKA: Dünyada hər il  800 min adam intihar edir

Dünyada hər il intiharlar nəticəsində 800 min insan həyatını itirir. Axar.az xəbər verir ki, bu kədərli statistikaya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri “İntiharla mübarizə günü” ərəfəsində diqqət cəlb etməyə çalışıblar.

İntihar bütün dünyada 15-29 yaşlı gənclərin əsas ölüm səbəblərindən biridir. Bütün intiharların 78 faizi aşağı və orta gəlir səviyyəli ölkələrdə baş verir. İntihar göstəriciləri ayrı-seçkiliyə məruz qalan ən həssas qruplar - miqrantlar, yerli əhalinin nümayəndələri, cinsi azlıqlar, həmçinin məhbuslar arasında daha yüksəkdir. İntihar üçün ən ciddi risk faktoru daha əvvəl baş vermiş intihar cəhdi hesab olunur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən sentyabrın 10-u “İntiharla Mübarizə Günü” elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə