Petrosyanın “Mersedes"i hərraca çıxarılıb

Petrosyanın “Mersedes"i hərraca çıxarılıb

Ermənistan hakimiyyəti ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın xidməti “Mersedes-Benz-500” zirehli avtomobilini hərraca çıxarıb. Report xəbər verir ki, hakimiyyət avtomobilin 34,5 min dollara satılması haqqında qərar qəbul edib. Məlumata görə, hərrac üç ay ərzində təşkil olunacaq. Avtomobil 1982-ci ildə istehsal olunub.

Qeyd edək ki, Levon Ter-Petrosyan 1991-ci il noyabrın 11-dən 1998-ci il fevralın 3-dək Ermənistanın prezidenti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə