Polis İŞİD-çini zərərsizləşdirdi

Polis İŞİD-çini zərərsizləşdirdi

Türkiyədə polis mərkəzini partlatmaq istəyən İŞİD üzvü saxlanılıb

Türkiyənin Mersin şəhərində polis mərkəzinə beş kiloqram partlayıcı ilə hücum etmək istəyən şəxs saxlanılıb. Anadolu Agentliyi xəbər verir ki, hadisəni törətmək istəyən şəxs İŞİD terror təşkilatının üzvü, 19 yaşlı Suriya vətəndaşıdır.

Araşdırma zamanı məlum olub ki, 3 ildir Türkiyədə yaşayan terrorçu təşkilatın müəyyən işlərini yerinə yetirirmiş. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə