Vladimir Putin Bəşər Əsədi təbrik edib

Vladimir Putin Bəşər Əsədi təbrik edib

Rusiya lideri Vladimir Putin Deyr əz-Zor şəhərində İŞİD-in müqavimətinin qırılmasından dolayı suriyalı həmkarı Bəşər Əsədi təbrik edib. Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Əsədə teleqram göndərən Putin bu zəfərin böyük strateji önəm daşıdığını vurğulayıb.

Kreml rəsmisi teleqramda yer alan detalların daha sonra açıqlanacağını qeyd etdi.Qeyd edək ki, SANA agentliyi sözügedən şəhərdə İŞİD mühasirəsinin yarıldığı barədə məlumat vermişdi. Deyr əz-Zor 3 ildir ki, İŞİD-in nəzarətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə