İstanbulun əhalisi 14 milyon 804 min 116 nəfərə çatıb. Son beş ildə şəhərin əhalisi 1 milyon nəfər artıb. Hesablamalara görə, şəhər əhalisinin ümumi sayı 2018-ci ilin sonunadək 15 milyon nəfər olacaq.
AZƏRTAC rəsmi mənbələrə əsasən xəbər verir ki, bu şəhərin əhalisinin ümumi sayı 145 ölkənin əhalisi ilə müqayisədə daha çoxdur. 1927-ci ildə İstanbul əhalisinin ümumi sayı 807 min nəfərə yaxın olub. Xüsusilə sənayenin inkişafı ötən dövrdə şəhərin sürətlə böyüməsinə və əhalisinin artmasına təkan verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB