Somalidə "Əş-Şabab" terror qruplaşması yaraqlılarının Kismayo liman şəhəri ərazisindəki hərbi bazaya hücumu nəticəsində 25-dən çox hərbçi ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "Reuters" məlumat yayıb.
Agentlik qruplaşma nümayəndəsinə istinadən xəbər verir ki, yaraqlılar Cubalend bazasına bazar günü səhər hücum ediblər. Nəticədə 26 Somali əsgəri öldürülüb, bundan başqa iki avtomobil yandırılıb, daha üç maşın bazadan aparılıb. Yerli sakinlər və Kismayodakı hərbi zabit faktı təsdiqləyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB