Rusiyanın ABŞ-dakı yeni səfiri: "Ünsiyyət qurmağa hazıram"

Rusiyanın ABŞ-dakı yeni səfiri: "Ünsiyyət qurmağa hazıram"

Rusiyanın ABŞ-a yeni təyin olunan səfiri Anatoli Antonov mətbuatla ünsiyyət qurmağa hazır olduğunu bildirib. Axar.az xəbər verir ki, səfir bu barədə “Rossiya-1” telekanalına danışıb.

“ABŞ mediası ilə əlaqələrimə gəldikdə deyə bilərəm ki, bu barədə həddən artıq sorğular gəlir. Kiminlə ünsiyyət qurub-qurmayacağım haqda çox düşünürdüm. Artıq ünsiyyətə maksimum açıq olacağımı özüm üçün müəyyənləşdirmişəm”, - Antonov bildirib.

Qeyd edək ki, Anatoli Antonov Rusiya-ABŞ münasibətlərini nizamlamağa çalışacağını bəyan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə