Ermənistan parlamentinə bomba qoyulub

Ermənistan parlamentinə bomba qoyulub

Bu gün naməlum şəxs Ermənistan parlamentinin binasına bomba qoyulması barədə məlumat verib. Ermənistan KİV-i xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, xilasedici əməliyyat qrupu və xüsusi təyinatlıların xilasetmə əməliyyatlarının həyata keçirilməsi üzrə dəstəsi hadisə yerinə göndərilib.

Qeyd edək ki, sentyabrın 1-də də naməlum şəxs Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin binasına bomba qoyulması barədə məlumat verib. Amma məlumat təsdiqlənməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə