ABŞ HHQ Koreya yarımadasında təlim keçirib

ABŞ HHQ Koreya yarımadasında təlim keçirib

ABŞ Hərbi-Hava Qüvvələrinə (HHQ) məxsus iki B-1B strateji bombardmançı və iki F-35B qırıcı-bombardmançı təyyarə Cənubi Koreya HHQ ilə birgə hava manevrlərində iştirak etmək üçün Koreya yarımadasına göndərilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Koreya Müdafiə Nazirliyi sözügedən manevrlərin Şimali Koreyanın sonuncu raket sınağı ilə əlaqədar bu ölkənin ünvanına xəbərdaredici siqnal olduğunu bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə