İstanbul şəhərinə güclü yağış və dolu

İstanbul şəhərinə güclü yağış və dolu

Türkiyənin İstanbul şəhərinə güclü yağış və dolu yağıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, güclü yağış səbəbilə şəhərin Şişli, Dolapdere, Beşiktaş və digər rayonlarında küçələrə sel gəlib. Şişlidə avtomobillər selin ortasında qalıb.

Taksim meydanını da su basıb. Yağış sularının metronun içinə girməsinə mane olmaq üçün giriş hissəsinə qum kisələri düzülüb.

Qeyd edək ki, sinoptiklər güclü yağış və fırtınanın miqyasının artacağı barədə xəbərdarlıq ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə