Ərdoğan Myanmada baş verən hadisələri pisləyib

Ərdoğan Myanmada baş verən hadisələri pisləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Myanmada baş verən hadisələri qətiyyətlə pisləyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə rəhbəri dünya ictimaiyyətinin Myanmada olanlara biganə yanaşdığını bildirib: “Bu məsələni hər platformada dilə gətirəcəyik. Təəssüf ki, dünya Myanmada olanlara qarşı kar və kordur. Nə eşidir, nə də görür. Son hadisə isə daha acınacaqlıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə