Kabildə partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Tolo News” televiziya kanalı xəbər yayıb.

Məlumata əsasən, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Mümkün qurbanlar barədə məlumat hələlik daxil olmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə