Böyük Britaniya və Avropa İttifaqı Breksitin şərtləri üzrə danışıqların üçüncü mərhələsinə başlayıblar.
Axar.az xəbər verir ki, danışıqlar başlamazdan əvvəl Avropa İttifaqının nümayəndəsi Mişel Barne Avropa Komissiyasının Britaniyanın Breksit ilə bağlı təkliflərini diqqətlə izlədiyini bildirib. O qeyd edib ki, Komissiyada həmin təkliflərdən kifayət qədər razı qalmayıblar.
Barne vurğulayıb ki, tərəflər danışıqları ciddi şəkildə aparmalıdırlar. Avropa Komissiyasının nümayəndəsi yaxın həftələrdə danışıqları intensivləşdirməyə hazır olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB