Çinin cənub-qərbindəki Quyçjou əyalətində dağ süxurlarının uçqunu nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb, 37 nəfər itkin düşüb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə əyalətin Bitsze dairəsinin Nayun mahalında meydana gəlib.
Uçqun nəticəsində 34 ev dağılıb, 81 nəfər fəlakət zonasında qalıb. Regiona dəyən birbaşa iqtisadi zərər 5,1 milyon yuan (təqribən 765 min ABŞ dolları) məbləğində qiymətləndirilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB