Texasda 2 min sakin evakuasiya edilib

Texasda 2 min sakin evakuasiya edilib

Hyuston şəhərinin ətraf rayonlarının "Harvi" qasırğasının yaratdığı daşqınlardan əziyyət çəkən iki min-ə qədər sakini evakuasiya edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Texasın digər hissələrində leysan yağışlar davam edir. Milli Meteorologiya Xidmətinin məlumatına görə, bölgədə nəqliyyatın işi praktiki olaraq iflis olub, daşqınla əlaqədar fövqəladə vəziyyət tətbiq olunub.

Həmçinin 5 nəfərin öldüyü barədə məlumat verilir, amma hələlik 2 ölüm faktı etibarlı şəkildə təsdiqlənib. Belə ki, Arkansas qraflığında 1 nəfər cümə axşamı evində meydana gələn yanğında ölüb, Hyustonda isə daşqın zamanı avtomobil sürən qadın həlak olub.

ABŞ Prezidenti Donald Tramp təbbi fəlakətin miqyası ilə tanış olmaq üçün Texasa səfər etmək niyyətindədir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə