Məşhur rejissor 74 yaşında vəfat edib

Məşhur rejissor 74 yaşında vəfat edib

“Texas qətliamı” (Texas Chainsaw Massacre) filminin rejissoru Tob Hupr 74 yaşında vəfat edib. Axar.az xəbər verir ki, məşhur rejissorun ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Tob Hupr 1943-cü ildə ABŞ-ın Texas ştatında doğulub. Rejissor 1974-cü ildə çəkdiyi və şiddətli məzmununa görə bir çox ölkələrdə qadağan olunan “Texas qətliamı” filmi ilə məşhurlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə