ABŞ Şimali Koreya ilə danışıqlar mövqeyini davam etdirəcək. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib. O, Şimali Koreyanın 1 həftə ərzində 3 ballistik raket buraxmasının provokativ addım olduğunu, ancaq ABŞ-ın həll yolları axtarmağa davam edəcəyini bildirib.
"Tərəfdaşlarımızla sülh təşəbbüsümüzü davam etdirəcəyik, Çinlə birlikdə rəsmi Pxenyan rəhbərliyini müzakirə edəcəyik", - o, əlavə edib.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri avqustun 26-da Şimali Koreyanın kiçik radius məsafəli üç ballistik raket buraxması ilə bağlı məlumat yayıb. Həmin raketlərdən ikisinin şimal-şərq istiqamətində 250 kilometr uçduğu, üçüncünün isə buraxılışdan dərhal sonra partladığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB