Türkiyə: "Şimali Koreyanın yeni raket sınağını qınayırıq"

Türkiyə: "Şimali Koreyanın yeni raket sınağını qınayırıq"

"Şimali Koreya hökumətinin BMT qərarına qarşı çıxaraq yeni raketlər sınaqdan keçirməsini sərt şəkildə qınayırıq." Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

“Rəsmi Pxenyanı BMT TŞ-nın qərarlarına əməl etməyə və regionda daha çox gərginlik yaratmamağa çağırırıq”, - açıqlamada bildirilib. Qeyd edək ki, Şimali Koreya dünən növbəti dəfə raket sınaqları həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə