Husi üsyançıları Səudiyyə qarnizonunu məhv ediblər

Husi üsyançıları Səudiyyə qarnizonunu məhv ediblər

Yəmənin Jabal Nahoufah bölgəsində husi üsyançıları Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məxsus hərbi qarnizonu hədəf alıb. Axar.az xəbər verir ki, qarnizonun raket və top atəşinə tutulması nəticəsində xeyli hərbçi həlak olub. Səudiyyə tərəfinin isə ağır artilleriyadan cavab atəşi açdığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə koalisiyasının paytaxt Sənanı 48 saat ərzində bombalaması nəticəsində 100-dən çox mülki şəxs həlak olmuşdu. Ehtimal edilir ki, husilər bu hücumlara cavab olaraq əməliyyatlara başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə