İsveçrənin Qraubünden kantonunda baş vermiş dağ sürüşməsi nəticəsində itkin düşmüş səkkiz nəfərin axtarışı dayandırılıb. Axtarış-xilasetmə işlərinə rəhbərlik edən İsveçrə polisi bu barədə məlumat yayıb. Yerli kanton polisinin mətbuat nümayəndəsi Sandra Skanquetta bildirib ki, Bondo kəndi ətrafında yeni sürüşmələrin baş verməsi ehtimalının yüksək olması xilasediciləri axtarış işlərini dayandırmaq barədə qərar qəbul etməyə vadar edib.
Qeyd edək ki, 3369 metr hündürlüyə malik Piz Çenqalo zirvəsi yaxınlığında baş vermiş dağ sürüşməsində dörd alman, iki isveçrəli və iki avstriyalı itkin düşüb. Avqustun 25-də kiçik həcmdə ikinci sürüşmənin baş verməsi və ərazidə hələ də sürüşmə təhlükəsinin mövcud olması axtarış-xilasetmə işləri üçün təhlükəni artırıb.
Yerli geoloqlar isə yağıntıların dağ süxurlarını yumşaltması nəticəsində dağ massivində yeni sürüşmələrin başvermə ehtimalını istisna etməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB