İran Səudiyyə Ərəbistanına qarşı yeni blok yaradır

İran Səudiyyə Ərəbistanına qarşı yeni blok yaradır

"Qətər hər zaman İranla tarazlı siyasət yürütməyə çalışır." Axar.az xəbər verir ki, bunu iranlı politoloq Həsən Hənizadə deyib.

“İran İslam İnqilabından keçən 37 il boyunca Doha Tehranla bərabərsəviyyəli əlaqələr yaratmağa çalışıb. 1981-ci ildə 6 ərəb ölkəsinin xarici siyasətini koordinasiya etmək üçün Ərəb Dövlətləri Liqası quruldu. Amma bunun əsl məqsədi İrana qarşı ittifaq qurmaq idi. Bu qurum yarandıqdan sonra Qətər və Oman da İranla isti münasibətlər qurmağa çalışdı”.

Ekspert əlavə edib ki, Qətər gələcəkdə Ərəb Dövlətləri Liqasından çıxacaq və İran, İraq, Yəmən, Suriya və Livanın da daxil olduğu bloka üzv olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə