ABŞ Prezidenti Donald Trampın ailəsinin böyüklüyü və sıx səfərlərindən dolayı Gizli Təhlükəsizlik Xidmətinin büdcəsi tükənib. Axar.az xəbər verir ki, bu sözləri sözügedən qurumun sədri Randolf Alles “USA Tudey”ə açıqlamasında deyib.
“Prezidentin ailəsi çox böyükdür. Biz qanuni olaraq onları qorumağa borcluyuq. Bu qanunu dəyişdirə bilmərəm”, - qurum sədri bildirib.
Alles sabiq prezident Barak Obamanın dövründə Ağ Ev rəhbəri də daxil 31 nəfərin təhlükəsizliyinə cavabdeh olduqlarını desə də, Tramp dönəmində isə 42 nəfərin təhlükəsizliyinə cavabdeh olduqlarını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB