ABŞ Silahlı Qüvvələri Mosulun Təlafər mahalında İŞİD mövqelərini bombardman etməyə başlayıb. Axar.az xəbər verir ki, bu barədə İraq ordusunun generalı İhab Safvan Yasiri deyib.
“Təlafər yaxınlığında Kəhriz hərbi bazasında yerləşdirilən ABŞ hərbi qüvvələri Təlafərin cənubunda Cəzirə, Nasr, Saray və Nur səmtlərindəki terrorçuların mövqelərini ağır çaplı silahlardan atəşə tutur. Ağır bombardman altında ABŞ-a məxsus PUA-lar da bölgədə uçuşlar həyata keçirdi”, - Yasiri bildirib.
General xeyli sayda İŞİD-çinin və texnikanın məhv edildiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB