"Bura çox çətin ölkədir. Bu səbəbdən bu ölkədə generalın, zabitin, nazirin də vəzifə məsuliyyəti eynidir." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib.
Nazir bildirib ki, Türkiyədə rahat peşə yoxdur:
“Tarix gizli deyil. Açıb baxdığımızda qılıncların əldən düşmədiyini görürük. Qapıdan ordular əskik olmayıb. Silahlar soyumayıb. Dolayısıyla bu ölkədə məmur olmaq, daha az yatmaq, dünyəvi həzləri unutmaq, ailədən, övladdan, yeri gəldikdə isə candan keçmək deməkdir. Bizə bu ölkədə rahatlıq yoxdur və olmamalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB