İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb. Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində 13 nəfər həlak olub, 20 nəfər xəsarət alıb. Sürücü hadisə yerindən qaçıb, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışlar bağlanıb.
İspaniya polisi hadisənin terror aktı olduğunu bildirib.
***
İspaniyanın Barselona şəhərində bir neçə silahlı şəxs “Bar Luna də Estambul” adlı türk restoranına girib. Anadolu Agentliyi xəbər verir ki, hazırda polis əraziyə heç kimi buraxmır. Yaxınlıqdakı metro stansiyası və mağazalar bağlanıb.
***
Barselonada polis mikroavtobusu kütlənin üzərinə sürərək terror aktı törədən sürücünün şəxsiyyəti müəyyənləşib. Mülki Qvardiyadakı mənbənin yaydığı məlumata görə, bu, Dris Oukabir adlı şəxsdir. Məlumatda bildirilir ki, o, mikroavtobusu Barselonanın Santa-Perpetua-de-Moqoda əyalətindən kirayə götürüb.
Terrorçu saatda 80 kilometr sürətlə mikroavtobusu kütlənin üzərinə sürüb.
Xatırladaq ki, terror aktı nəticəsində azı 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
***
İspaniyanın Barselona şəhərində naməlum sürücünün idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürməsi nəticəsində xəsarət alanların sayı 60-a yüksəlib. Əvvəl isə bu rəqəm 32 nəfər göstərilirdi. Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində 13 nəfər həlak olub.
***
Barselonada terror aktı törətməkdə şübhəli bilinən şəxslər zərərsizləşdirilib. RİA Novosti agentliyi bildirir ki, şübhəlilərdən biri atışma zamanı öldürülüb, digər isə saxlanılıb. Mikroavtobusu kütlənin üzərinə sürən sürücünün Driss Oukabir adlı şəxs olduğu bildirilir.
***
İŞİD terror qruplaşması Barselonada törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə İŞİD-in təbliğat agentliyi olan “Amaq” məlumat yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB